Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə Əmirliyində leysan yağışlar həyatı iflic edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yaranan daşqınlarda onlarla avtomobil köməksiz vəziyyətdə qalıb.
Seldə ölən və yaralananların olmadığı bildirilib.
BƏƏ-nin Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd Bin Rəşid Əl Maktum Daxili İşlər Nazirliyinə daşqından zərər çəkmiş ərazilərə təcili yardım qrupları göndərməyi tapşırıb.