Luçesku “Fənərbaxça” azarkeşlərinə görə mətbuat konfransına qatılmadı

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Fənərbaxça”ya 2:1 hesabı ilə qalib gələrək növbəti tura adlayan Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku İstanbuldakı matçdan sonra keçirilən mətbuat konfransına qatılmayıb.

 “Qafqazinfo” xəbər verir ki, buna səbəb “Fənərbaxça” azarkeşlərin səsləndirdiyi təzahüratlar olub. 

Belə ki, qarşılaşmanın gedişində “Dinamo”nun qolundan sonra istanbullu tərəfdarlar Rusiya Prezidenti Vladimir Putinin adını çəkərək Ukraynayla müharibədə ona dəstək ifadə ediblər. 

Luçesku da buna əsəbiləşərək mətbuat konfransına gəlməyib. O, yayımçı kanala müsahibəsində isə belə danışıb: “Bizim nə qədər qayda pozduğumuzu saydınız? Hər şey planımız daxilində idi və qazandıq. Amma “Fənərbaxça” azarkeşlərindən belə təzahüratlar gözləməzdim, yazıqlar olsun”. 


Share: