Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə 27 ölkədən 130 diaspor nümayəndəsinin Şuşaya 5-ci səfəri başa çatıb.
Bu barədə Baku TV-də yayımlanan “Salam Baku” verilişində məlumat verilib.
Qeyd edilib ki, səfər iştirakçılarından biri də Yaponiya səfirliyində çalışan Nərminə Aslanovadır. O, Şuşaya həyat yoldaşı ilə birlikdə səfər edib.
Səfərlə bağlı təəssüratlarını bölüşən N.Aslanova Şuşada olduğu üçün qürur duyduğunu deyib.
Ətraflı süjeti təqdim edirik: