İranın Tehran vilayətinin şimal hissəsində güclü yağışlar daşqınlara səbəb olub.
“Qafqazinfo” “IRNA” agentliyinə istinadən xəbər verir ki, daşqınlar nəticəsində 5 nəfər həlak olub, daha 9 nəfər isə xəsarət alıb.
Təbii fəlakət nəticəsində 14 nəfərin isə itkin düşdüyü bildirilir. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Əməliyyatlarda təqribən 80 xilasedici iştirak edir.
Məlumata görə, daşqınlar iyulun 28-nə keçən gecə İran paytaxtından şimalda yerləşən İmamzadə Davud adlı bölgədə başlayıb.