Qəbələdə 11 yaşlı oğlanı cərəyan vurub öldürdü

Qəbələdə 11 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

“Qafqazinfo” nun  məlumatına görə, hadisə bu gün rayonun Bum qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2011-ci il təvəllüdlü Aqşin Qurban oğlu Ağasiyevin qırılaraq yerə düşən elektrik naqilinə toxunması nəticəsində onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov 


Share: