Binəqədidə yaşlı qadını avtomobil iki dəfə vurdu

Binəqədidə yaşlı qadını avtomobil iki dəfə vurdu

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə 8-ci mikrorayon ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobil 1967-ci il təvəllüdlü Məmmədova Gülxar Yadigar qızını vurub. Daha sonra “Mercedes”i idarə edən sürücü maşını geriyə doğru hərəkət etdirərək G.Məmmədovanı ikinci dəfə vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Share: