ABŞ Konqresinin nümayəndə heyətinin ardından Britaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri də bu ilin sonunda Tayvana səfər etmək niyyətindədirlər.
Məlumata görə, səfər bu ilin noyabrına və ya dekabrın əvvəlinə planlaşdırılır. Nümayəndə heyətinə əvvəllər Böyük Britaniyanın baş naziri postuna namizəd olmuş Xarici Əlaqələr Komitəsinin sədri Tom Tugendhat rəhbərlik edəcək.
Səfərin əsas məqsədi Britaniyanın Tayvana dəstəyini nümayiş etdirməkdir.
Mənbə: rbc.ua