Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın UFC-dəki təmsilçisi Rafael Fiziev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, onlar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ağdam klubunun “Ferençvaroş”a qarşı keçirəcəyi matçdan öncə baş məşqçiyə uğurlar arzu edib.
Fiziev həmçinin azarkeşlərə də səslənib. O, stadionda “Qarabağ”a uğurlar, Qarabağ Azərbaycandır” sözləri ilə dəstəyini ifadə edib.