Baydenin COVID testi yenə pozitiv çıxdı

Baydenin COVID testi yenə pozitiv çıxdı

ABŞ prezidentinin həkimi Kevin O’Konnor Co Baydenin növbəti koronavirus testinin müsbət nəticə verdiyini bildirib.

Həkimin sözlərinə görə, dövlət başçısı hələ də vaxtaşırı öskürür. Lakin dünənkinə nisbətən onun öskürəyi azalıb.

Həkim qeyd edib ki, ABŞ prezidentinin hərarəti yoxdur, nəbzi, təzyiqi və digər həyatı vacib göstəriciləri normaldır.

Mənbə: gazeta.ru

Share: