
İspaniyada mənşəyi məlum olmayan hepatitdən ilk uşaq ölümləri qeydə alınıb.
“Qafqazinfo” İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 6 yaş və 15 aylıq iki uşaq qaraciyər transplantasiyasından sonra dünyasını dəyişib. Artıq ölkədə təxminən 50 uşaqda xəstəliyə yoluxma faktı müəyyən olunub.