Saqqalın uzunluğu icazəli olacaq – “Destruktiv dini cərəyanlar” qarşı “Səlib yürüşü”…

Müstəqil.Az Moderator.az və “Azattık” radiosuna istinadən xəbər verir ki, Qazaxıstan höküməti “destruktiv din”in əlamətlərini müəyyən edən qanun layihəsinə baxmaq istəyir.
Belə ki, hökümət saqqalın icazə verilən formasını və uzunluğunu nizamlamaq istəyir.
Bu onunla əlaqədardır ki, dini işlər və vətəndaş cəmiyyəti üzrə nazirlik “destruktiv dini cərəyanlar”a müəyyənlik gətirmək istəyir. Bu kateqoriyaya hansı istiqamətlər düşəcək, hələ məlum deyil, amma bəzi “destruktivlik” əlamətlərinin qadağan ediləcəyi planlaşdırılır.
“Söhbət istənilən saqqaldan getmir, söhbət din xadimlərindən getmir. Söhbət yalnız o şəxslərdən gedir ki, bu adamlar destruktiv dini cərəyanların yolunu tutublar və qanun onlara qarşı tətbiq olunacaq”- nazir Nurlan Ermekbayev deyib.
Nazirin sözlərinə görə ictimai yerlərdə üzün tanınmasına mane olan paltarların geyinilməsinə də qadağa qoyulacaq.
Qanun layihəsinin təqdimat mərasimində iştirak edən azsaylı din xadimləri hansı cərəyanlar destruktivliyə aid edilməlidir, sualına cavab verə bilməyiblər.
Müstəqil.Az

Share: