Bu gün Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub.
Report xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fevralın 1-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub. Söhbət zamanı ikitərəfli münasibətlərin aktual məsələləri, beynəlxalq və regional gündəm müzakirə olunub”, – deyə məlumatda bildirilir.
Müstəqil.Az