“İnsanlıq doldurulmuş silahla oynanır” — Quterriş

“İnsanlıq doldurulmuş silahla oynanır” — Quterriş

“Hazırda dünyada nüvə silahının tətbiqi təhlükəsi getdikcə daha da aktuallaşır”.

“Qafqazinfo” “UN News”a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterriş Hiroşimada şəhərin ABŞ qoşunları tərəfindən atom bombalanmasının 77-ci ildönümünə həsr olunmuş çıxışında bildirib.

“İnsanlıq doldurulmuş silahla oynanır”, – o deyib.

Quterriş, həmçinin bəşəriyyətin Hiroşimanın bombalanmasından dərs alıb-almadığını sual edib.  


Share: