Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.
Müstəqil.Az xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz tviter hesabında yazıb.
O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etdirilməsi və konkret irəliləyişin əldə olması mühüm əhəmiyyət daşıyır.
Müstəqil.Az