Ərdoğan Trampın yalanını belə üzə çıxardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla arasında keçən bir dialoqu bölüşüb.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, Ərdoğan bu haqda dünən millət vəkilləri ilə keçirdiyi toplantıda danışıb.

Ötən həftə ABŞ prezidenti ilə bir araya gələn Türkiyə lideri o anları “Amerikanın PKK/PYD terror təşkilatına silah yardımını davam etdirdiyini söylədim. Tramp isə yanındakı təhlükəsizlik məsləhətçisi və generala çevrilərək “doğrumu?” deyə soruşdu. Yanındakılar səssiz qaldılar” sözləri ilə ifadə edib.

Müstəqil.Az

Share: