Yunan nazirə 3 güllə ilə ayrıldı…

Yunanıstan Xarici İşlər naziri Nikos Kocias naməlum şəxslər tərəfindən təhdid edilir.

Müstəqil.Az  xəbər verir ki, bu sözləri Yunanıstanın Vətəndaşların Müdafiəsi naziri Nikos Toskas telekanallardan birinə açıqlamasında deyib.

O bildirib ki, sözügedən təhdidlə bağlı məktub alıb:

“Məktubda: Nikos Kocias, sənin üçün 3 güllə ayırmışıq – yazılıb. Təkcə nazirin özü yox, ailəsi də təhdid edilir”.

Məlumata görə, Kociasın özü də Tvitter hesabındakı paylaşımında müəyyən çevrələr tərəfindən təhdid edildiyini bildirilib.

Ehtimal edilir ki, Yunanıstanla-Makedoniya arasında yaşanan böhrandan dolayı nazirə hədə-qorxu gəlinir.

Müstəqil.Az 

Share: