Britaniyalı qadın həyətində çoxlu bitki əkdiyinə görə evdən qovula bilər

Britaniyalı qadın həyətində çoxlu bitki əkdiyinə görə evdən qovula bilər

49 yaşlı Aleksandra Uilson-Cons həyətində çoxlu bitki olduğuna görə kirayə qaldığı evdən çıxarıla bilər.

Britaniyalı qadın bildirib ki, o, keçən həftə ev sahibindən yaşayış yerini tərk etmək barədə bildiriş alıb. Xanımın sözlərinə görə, buna səbəb onun həddən artıq bitki həvəskarı olmasıdır.

Cons anasının ölümündən sonra bağçılıqla məşğul olmağa başladığını söyləyib. Aleksandra əmindir ki, onun çiçəkləri zərərdən çox xeyir gətirir, lakin heç də hamı belə düşünmür.

Britaniyalı qadına yerli administrasiya tərəfindən dəfələrlə xəbərdarlıq edilib ki, onun bitkiləri digər insanları narahat edir və təhlükəsizlik qaydalarını pozur.

Mənbə: gazeta.ru

Share: