Lökbatanda vulkan püskürdü

Lökbatanda vulkan püskürdü

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində palçıq vulkanı püskürüb. 

Oxu.Az bildirir ki, püskürməni əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Videoda palçıq kütlələrinin bir neçə metr yüksəkliyə atıldığı görünür. 

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılıb. 

Share: