2020-ci il təvəllüdlü Məmmədova Gülay Orxan qızı kəskin limfoblast leykemiyadan əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Məmmədova Ayşən Əli qızı məlumat verib.
O bildirib ki, yaş yarımlıq körpəsi 5 aydır bu xəstəliklə mübarizə aparır:
“Dörd övladım var. Onlardan biri ürək xəstəsidir. Gülay isə leykozdan əziyyət çəkir. Sümük iliyi nəqli hələ deyilməyib. 2-ci kurs kimyaterapiya almalıyıq, lakin maddi imkanımız buna əl vermir. Qızımın bədəni gündən-günə zəifləyir, göyərmələr əmələ gəlir. Halsızlığı var. Bir kurs müalicə bizə 2 000 manata başa gəlir. İmkanlı şəxslərdən xahiş edirəm bizə kömək etsinlər”.
Ailə ilə əlaqə nömrəsi: 050-343-40-02