Estoniya daha əvvəl respublikada Şengen vizası əldə etmiş rusiyalılar üçün sərhədləri bağlayır.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.
“Vizalar etibarlı qalacaq, lakin viza sahibləri Estoniyaya daxil olarkən sanksiyaya məruz qalacaqlar. Onların Estoniyaya daxil olmasına icazə verilməyəcək”, – deyə xarici işlər naziri Urmas Reynsalu bildirib.
Qadağa gələn həftə qüvvəyə minəcək. Bundan əlavə, Estoniya digər ölkələrdə Şengen vizası almış rusiyalıların da ölkəyə girişinə qadağa qoyulması məsələsinə baxacaq.
Mənbə: Vesma.today