Rusiya Federasiyasının Dağıstan Respublikasında ictimai yerlərdə maska rejiminə qayıtmaq tövsiyə edilib.
Bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.
“Dağıstandakı operativ qərargah insanların sıx olduğu yerlərdə maska rejiminin tətbiqini tövsiyə edib”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl Primorsk vilayətinin hakimiyyəti maska rejimini qismən qaytarmaq qərarına gəlib.
Mənbə: RT