Afrika ölkəsində qadının evlənmə təklifinə “yox” deyən kişi cərimələnəcək

Afrika ölkəsində qadının evlənmə təklifinə “yox” deyən kişi cərimələnəcək

Çadın Manqalma subprefekturasında evlilik təklifindən imtina edən sakinlər “amçilini” adlanan cəriməni ödəməlidirlər.

Bu barədə yerli İslam Ali Şurası qərar verib.

Yeni qaydalardan birinə əsasən, qadın kişidən onunla evlənməyi xahiş edə bilər. Kişi razılaşarsa, 35 min Mərkəzi Afrika frankı (təxminən 93 manat), imtina edərsə 100 000 frank (265 manat) məbləğində sabit rüsum ödəməlidir.

Əksinə, evlilik təklifindən qadın imtina edərsə, 15 min frank (39 manat) məbləğində cərimə ödəməlidir. Qəsdən imtina edən qadın 25 min frank (66 manat) məbləğində cərimə ödəyəcək.

İnsan Hüquqları Təşkilatının Çad Qadın Hüquqları Liqası bu və başqa qaydaların yer aldığı qərarı ləğv etmək üçün “#StopAmchilini” həştəqini işə salıb. Onların sözlərinə görə, bu qərarlar evliliyə razılıq azadlığını təmin edən Çad qanunlarını pozur.

Qeyd dək ki, Çadda məcburi nikahlar geniş yayılıb, adətən qurbanlar azyaşlı qızlar olurlar.

Onu da vurğulayaq ki, qaydalarla bağlı göstərilən cərimə məbləğləri hazırda istənilən Çad vətəndaşı üçün külli miqdarda vəsait deməkdir.

Mənbə: Tchad İnfos

Share: