Əliyevin namizədliyi çox vacib addım olacaq – Millət vəkili

Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədovun hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olacağını açıqlaması çox düzgün qərardır.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili vurğulayıb ki, indiki situasiyada, siyasi, iqtisadi problemlərin cəngində olan dünyada Azərbaycan stabil dövlətdir və bunun qorunub saxlanılması üçün İlham Əliyevin yenidən prezident seçilməsinə böyük ehtiyac var:

“Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov qərarı vaxtında elan etdi. İndi Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək və qərar veriləcək. Bu, çox vacib məsələdir. Prezident İlham Əliyevin Azərbaycanda iqtisadi və siyasi islahatlarla əlaqədar başlatdığı işləri bundan sonra da davam etdirməsi ölkəmiz üçün çox önəmlidir. Çünki Azərbaycan çox ciddi enerji və nəqliyyat layihələri həyata keçirir. Bu yolda dövlət başçsının yenidən ölkəmizə rəhbərlik etməsi bütün aspektlərdən vacibdir”.

V.Əhmədovun sözlərinə görə, dövlət başçısı öz səlahiyyətləri daxilində seçkilərdən sonra da struktur islahatlarını davam etdirəcək:

“Bilirsiniz ki, Nazirlər Kabineti buraxılıb, Konstitusiya uyğun olaraq yeni hökumət qurulacaq. Ona görə də prezident qarşıdakı dönəmdə də öz səlahiyyətlərindən istifadə edərək hakimiyyət qollarında kadr dəyişiklikləri aparacaq”.

Müstəqil.Az

Share: