Minik avtomobilinin sürücüsü sərnişindaşıma qaydalarını kobud şəkildə pozub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.
VAZ-21011 markalı avtomobilin sürücüsü üç yeniyetməni maşının baqajına mindirib. Bununla da onların həyatını riskə atıb.
Görüntülərdə yeniyetmələrin təhlükəsizlik qaydaları nəzərə alınmadan törədilən bu əməldən olduqca əyləndikləri diqqətə çarpır.