Göygöldə zəhərlənən dörd yeniyetmənin SON DURUMU

Göygöldə zəhərlənən dörd yeniyetmənin SON DURUMU

Göygöldə zəhərlənən dörd yeniyetmənin vəziyyəti qənaətbəxdir.

Kliniki Tibbi Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, uşaqların müalicələri davam etdirilir.

Məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində yeniyetmələrin vəziyyətləri həkim nəzarətində saxlanılır.  

Qeyd edək ki, hadisə Göygölün Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb. 2010-cu, 2011-ci, 2013-cü və 2014-cü il təvəllüdlü olan yeniyetmələr zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdilər. Göygöl Mərkəzi Rayon Xəstəxanasına daxil olanda yeniyetmələrin vəziyyətləri ağır olub. 

Könül Cəfərli

Share: