Bərdədə “Gəl şeir deyek” adlı tədbir keçirildi

Bərdədə “Gəl şeir deyek” adlı tədbir keçirildi

 

Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə və Yevlax rayonlarından olan yaradıcı gənclərin, yerli şairlərin iştirakı ilə görüş təşkil olunub.
Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Bərdə Regional “ASAN xidmət” Mərkəzinin könüllüləri, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova bu cür görüşlərin gənclərin bədii ədəbiyyata, yaradıcılığa marağının artırılmasına, şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşdırılmasına xidmət etdiyini bildirib.
Tədbirdə çıxışlardan daha artıq şeirə-sözə, musiqiyə yer verilib. Şairlərin, bədii qiraət ustalarının, gənc könüllülərin səsləndirdiyi şeirlər və “Qarabağ” xalq çalğı alətləri ansamblının solisti Asim Abbasov, Vlll Beynəlxalq Muğam Müsabiqəsinin iştirakçıları Əmrah Məmmədov, Tahir Şəfiyevin ifaları tamaşaçılara xoş ovqat yaşadıb.

Müstəqil.az

Share: