Çin kosmosa zəlzələni izləyə bilən peyk göndərib. Sismo-elektromaqnetik peyk zəlzələnin elektromaqnit sahəsini ölçəcək.
Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, ölkənin Şinhua agentliyinin xəbərinə görə, Çin Zəlzələ İdarəsi və Çin Kosmos Texnologiyası Akademiyasının hazırladığı “Cang Hing-1” adlı peyk 2D raketiylə ölkənin şimal-qərbindəki Gobi çölündə olan Ciuçüen Peyk Uçuş Mərkəzindən kosmosa yollanıb.
Dünyadan təxminən 500 kilometr uzaqlıqdakı orbitinə yerləşəcək “Cang Hing-1” sismo elektromaqnit peyk, alimlərin dünyadakı elektromaqnit sahələri izləməyə imkan verəcək. “Cang Hing-1”, Çində 6-dan, dünyada isə 7 baldan yuxarı olan zəlzələləri izləyərək yer kürəsindəki zəlzələ nəsilləri haqqında məlumat toplayacaq.
İrəliləyən dövrlərdə yer qabığında elektromaqnit dalğaların yaratdığı zəlzələlərin təxminində də istifadə edilməsi planlanan “Cang Hing-1” müxtəlif dedektorla təchiz edilib.
Digər tərəfdən Cang Hing miladdan sonra 25-220-cü illərdə baş vermiş zəlzələlər barədə də məlumatlar toplayacaq.
Müstəqil.Az