Ukrayna istənilən silahın köməyi ilə öz ərazilərini rus işğalçılarından azad edə bilər.
Bunu Ukrayna prezidentinin dəftərxana rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.
“Krım da Donetsk və ya Xerson kimi Rusiya Federasiyasının bir hissəsi deyil. Zaporojye AES Rusiyanın obyekti deyil, Ukraynanın atom elektrik stansiyasıdır.
Rusiya yad bir ölkə ərazisinə müharibə ilə gəlmiş işğalçı və qatildir. Ukraynanın öz ərazilərini istənilən silahın köməyi ilə azad etmək üçün hər cür hüquqi əsası var”, – Podolyak qeyd edib.
Нагадаю основи… Крим — НЕ частина Росії, як і Донецьк чи Херсон. ЗАЕС — не ?? об‘єкт, а ?? атомна станція. Рф — країна-загарбник та вбивця, що прийшла на чужу землю з війною. Україна має всі законні підстави звільняти свої території, зокрема за допомогою будь-якої зброї.
— Михайло Подоляк (@Podolyak_M) August 14, 2022