İrəvan metrosu fəaliyyətini bərpa edib.
Stansiyalarda heç bir partlayıcı qurğu tapılmayıb.
“Xilasedicilər, istehkamçılar və kinoloqlar bütün stansiyaları yoxlayıblar. Təhlükəli heç nə aşkar edilməyib”, – deyə metro rəhbərliyi bildirib.
Metropoliten sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyib.
Mənbə: Sputnik
18:12
İrəvan metrosuna bomba qoyulması barədə siqnal daxil olduqdan sonra stansiyalardan sərnişinlərin və şəxsi heyətin təxliyəsinə başlanılıb.
Bu barədə bazar günü jurnalistlərə metronun mətbuat katibi Tatevik Xaçatryan məlumat verib.
O qeyd edib ki, təxliyə bütün stansiyaları əhatə edib.
Mənbə: TASS