Almaniyanın Düsseldorf şəhərinin Moskva ilə “qardaşlaşmış şəhər” olduğunu göstərən bütün nişan lövhələri yığışdırılacaq.
Bu barədə Düsseldorf şəhərinin meri Ştefan Keller məlumat verib.
Tezliklə Ukraynanın yeni “qardaşlaşmış şəhər”inin – Çernovtsının nişan lövhələri quraşdırılacaq.
Düsseldorfun Moskva ilə “qardaşlığı” Rusiyanın Ukraynaya hücumundan bir neçə gün sonra dayandırılıb.
Mənbə: Yevropeyskaya pravda