Smartfonunuzda casus proqramı olmasının əlamətləri

Smartfonunuzda casus proqramı olmasının əlamətləri

Kamera və mikrofonun işləməsini tələb etməyən, lakin onlara giriş tələb edən tətbiqlər casus proqramı ola bilər.

Bu barədə rusiyalı haker, kibertəhlükəsizlik üzrə mütəxəssis Sergey Vakulin xəbərdarlıq edib.

“Əgər biz müdaxilə edənlərdən danışırıqsa, burada hər şey son dərəcə aydın və sadədir. Birincisi, tətbiq kameraya, mikrofona və s.-ə giriş hüquqlarını tələb edirsə. Bir çox istifadəçilər proqramları quraşdırarkən hər şeylə razılaşır və proqramın mümkün qədər tez işə düşməsi üçün bütün “icazə verin” sorğularına klikləyirlər. Heç kim heç vaxt maraqlanmır ki, nə üçün müəyyən bir tətbiqin kameraya və ya mikrofona, xüsusən də yaddaşa girişə ehtiyacı var”, – deyə mütəxəxssis izah edib.

Hakerin sözlərinə görə, ikinci əlamət istifadəçinin smartfonunun enerjisinin sürətlə tükənməyə başlamasıdır, çünki bu zaman casus proqramlar arxa planda işləyir.

Kiberekspertin sözlərinə görə, bununla belə, telefonun özü sahibinə hazırda casus proqramının işlədiyini göstərə bilər, bunu displeydəki indikatorla müəyyən etmək mümkündür.

“Android” və “iOS” sistemlərində yaşıl və qırmızı işarələr var. Onlar saatın göründüyü status çubuğunda, yəni yuxarı paneldədir. Orada indikatorlar yanırsa, bu, bəzi tətbiqlərdə ya kameraların, ya da mikrofonun istifadə edildiyini göstərir”, – deyə Vakulin sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, iyulun sonlarında bir neçə ölkədə “Android” və “iOS” smartfon istifadəçilərinin quraşdırdıqları zərərli proqramın onların cihazlarından məxfi məlumatları oğurladığı barədə məlumatlar yayılmışdı.

Mənbə: Ura.ru

Share: