İslamiada: Azərbaycanın futbol millisi bürünc medal uğrunda oyuna çıxacaq

İslamiada: Azərbaycanın futbol millisi bürünc medal uğrunda oyuna çıxacaq

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 12-ci günə start veriləcək.

“Report”un xəbərinə görə, bu gün Azərbaycan 7 idman növündə təmsil olunacaq.

Bu gün Azərbaycanın 24 kikboksçusu mübarizəyə qoşulacaq. Azərbaycanın futbol millisi isə üçüncülük uğrunda matçda Əlcəzairlə oynayacaq.

Stend atıcılığı (skit, qarışıq komanda)

10:00. Cavid Həsənov və Nurlana Cəfərova cütlüyü

Kamandan oxatma

10:00. Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Svetlana Simonova, Nəzrin Zamanova

Cüdo

11:00. Zəlim Tçkayev (81 kq), Elmar Qasımov (100 kq), İmran Yusifov (+100 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq)

Üzgüçülük

11:00. Nihad Yusifov (50 metr arxası üstə üzmə), Ramil Vəlizadə, Əbdürəhman Rüstəmov (hər ikisi 200 metr batterflay üsulu ilə üzmə), Aysel Səfərova, Fatimə Alkərəmova (hər ikisi 200 metr sərbəst üsulla üzmə)

Kikboksinq

11:00. Lou-kik: Nihad Tağızadə (51 kq), Mahmud Hüseynov (54 kq), Anar Məmmədov (57 kq), Qiyas Şahmərdanov (60 kq), Arzuman Qədimov (63,5 kq), Qəşəm Məmmədov (67 kq), Rəhim Əliyev (71 kq), Ramal Aslanov (75 kq), Elcan Alkişiyev (81 kq), Bəybala Quliyev (86 kq), Bəhram Rəcəbzadə (+91 kq), Fəridə Abdullayeva (52 kq), Aysu Devrişova (56 kq), Tülün Ələkbərova (60 kq), Esmira Məmmədova (65 kq); Full-kontakt: Amil Məmmədov (51 kq), Camal Məmmədov (54 kq), Ramiz Məmmədov (60 kq), Fərid Ağamoğlanov (63,5 kq), Pərvin Heydərov (67 kq), Elxan Əliyev (71 kq), Saqi Salehli (75 kq), Elvin Ağayev (86 kq), Surət Qarayev (91 kq)

Futbol (3-cü yer uğrunda oyun)

15:00. Azərbaycan – Əlcəzair

3×3 basketbol (qadınlar, 1/4 final)

21:00. Azərbaycan – Qətər.

 

Share: