SOCAR və “QazMunayQaz” transxəzər infrastrukturunun inkişafı üzrə əməkdaşlığı müzakirə edib

SOCAR və “QazMunayQaz” transxəzər infrastrukturunun inkişafı üzrə əməkdaşlığı müzakirə edib

“QazMunayQaz” (QMQ) SC-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyevlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf arasında görüş olub.

Trend-in QMQ-yə istinadən yaydığı məlumata görə, avqustun 15-də Bakıda keçirilən görüşdə tərəflər ikitərəfli əməkdaşlıq, o cümlədən transxəzər infrastrukturunun inkişafı sahəsində şirkətlər arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Avqustun 16-da Mirzəqaliyev Gürcüstanın Batumi şəhərinə səfər edib, burada Batumi neft terminalının və Batumi dəniz limanının işi ilə tanış olub.

Batumi Neft Terminalının (BNT) aktivləri 2008-ci ildə QMQ-nin törəmə şirkəti – “QazTransOil” SC tərəfindən alınıb. Batumi terminalı 2055-ci ilə qədər şəhərin dəniz limanını idarə etmək hüququna malikdir. BNT şirkətlər qrupunun 2021-ci il üçün mənfəəti demək olar ki, 2,5 milyard tenge təşkil edib.

Qeyd edək ki, terminal Qazaxıstan, Azərbaycan, Türkmənistan, Gürcüstan və digər ölkələrdən olan müştərilərə neft və neft məhsullarının yüklənməsi, o cümlədən boşaldılması, salanılması üzrə xidmətlər göstərir.

Share: