ÜST: “Meymunçiçəyi virusunun adının dəyişdirilməsi üzərində çalışırıq”

ÜST: “Meymunçiçəyi virusunun adının dəyişdirilməsi üzərində çalışırıq”

Meymunçiçəyi virusu 92 ölkədə müşahidə edilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dünya üzrə yoluxma sayı 35 mini keçib və 12 nəfər virusa görə həyatını itirib.

Gebreyesus qeyd edib ki, onlar COVID-19 pandemiyası zamanı müşahidə etdikləri kimi, peyvəndlərə ədalətsiz çıxışın təkrarlanacağından və ən yoxsulların geridə qalmağa davam edəcəyindən narahatdırlar.

O, həmçinin əlavə edib ki, meymunçiçəyi virusunun adının dəyişdirilməsi üzərində iş gedir.

Mənbə: TRT Haber

Share: