Sumqayıtda bir nəfər dənizdə boğularaq ölüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir km aralı, nəzarətsiz ərazi) bir nəfərin batması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.