Paris İnzibati Məhkəməsi La Liqanın fransız hücumçusu Kilian Mbappe ilə bağlı qaldırdığı iddianı rədd edib.
İddiada Mbappenin “Pari Sen-Jermen” ilə müqaviləsinin ləğvi tələb edilirdi.
La Liqa PSJ-nin maliyyə feyr-pleyinə (klublar bir ildə qazandıqlarından çox pul xərcləməməlidirlər – red.) əməl etmədiyi qənaətindədir. Paris klubu ilə müqaviləyə əsasən, Mbappe dünyanın ən çox pul ödənilən futbolçusu olub.
Mənbə: Gazeta.ru