Taxıl müqaviləsi bağlanan tarixdən (1 avqust) Ukraynadan 622 min tondan çox taxıl daşınması həyata keçirilib.
Bu barədə cümə axşamı Türkiyə Müdafiə Nazirliyi “Twitter” də məlumat yayıb.
Qeyd edilir ki, avqustun 1-dən indiyədək taxıl ixracına 43 gəmi cəlb olunub, onlardan 25-i Ukrayna limanlarını tərk edib, 18-i isə taxıl daşınması üçün Ukrayna limanlarına yola düşüb.
Daşınma Ukraynanın üç limanı – Odessa, Çornomorsk və Yujnıdan humanitar dəhlizlə həyata keçirilir. Gəmilərin hərəkətinə İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri nəzarət edir.