Bakıda mağazadan 94 min manatlıq mobil telefonlar oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93 855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.