Soydaşımız Lvovda baş verənlərdən danışdı

Soydaşımız Lvovda baş verənlərdən danışdı

Ukraynada müharibə davam edir.

Bu ölkədə yaşayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər və idman departamentinin sədri Şəhriyar Məhərrəmov Ukraynadan son məlumatları çatdırıb.

Lvov şəhərində yaşayan soydaşımız qeyd edib ki, şəhər cəbhə bölgəsindən uzaq olduğu üçün burada müharibənin fəsadları az hiss olunur. 

Departament sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərindən danışıb.

O bildirib ki, Lvov sakinləri R.T. Ərdoğanı böyük coşqu ilə qarşılayıb.

“İnsanlar onu qarşılamaq üçün bayraqlarla yollara çıxmışdılar. Bunun əsas səbəblərindən biri də ukraynalıların Rusiya-Ukrayna münaqişəsinin həllini Türkiyədə görmələridir”, – deyə o əlavə edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Share: