Yaponiyanın “Ryoshin Maru” tankeri və Beliz bayrağı altında üzən “Şin Hai 99” yük gəmisi toqquşub.
Hadisə Honsyu adasının qərb hissəsində Vakayama prefekturası sahillərində baş verib. Ölən və yaralanan olmayıb.
Toqquşma nəticəsində yük gəmisi zədələnərək suda batıb. Həmçinin neft sızması müşahidə olunub.
Hazırda Yaponiya Sahil Mühafizəsi neftin təmizlənməsi ilə bağlı işlər aparır.
Eyni zamanda hadisənin səbəbləri araşdırılır.
Mənbə: İzvestiya