OPEC+ tezliklə yeni saziş üzərində işə başlayacaq

OPEC+ tezliklə yeni saziş üzərində işə başlayacaq

OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir.

Bunu “Bloomberg”ə müsahibəsində Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud bəyan edib.

“Biz tezliklə əvvəlki təcrübəmizə, uğurlarımıza və nailiyyətlərimizə əsaslanaraq 2022-ci ildən sonrakı yeni müqavilə üzərində işə başlayacağıq. Biz yeni sazişi əvvəlkindən daha səmərəli etmək niyyətindəyik”- deyə, o bildirib.

Qeyd edək ki, OPEC+ sazişi 2016-cı ilin sonunda dünya enerji qiymətlərinin aşağı düşməsi fonunda bağlanıb və 2017-ci ildən fəaliyyət göstərir. 2020-ci ilin may ayından etibarən sövdələşmə yenilənmiş formada fəaliyyət göstərir və bu ilin sonuna qədər qüvvədə olacaq.

Share: