window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
İngiltərə Premyer Liqasında üçüncü turun sonuncu görüşü başa çatıb.
İki turdan sonra xala həsrət qalan “Mançester Yunayted” turnirə uğursuz başlayan və son iki matçdan heç-heçə ilə ayrılan “Liverpul”la qarşılaşıb.
“Old Trafford”da baş tutan oyunun əlamətdar hadisələrindən biri ev sahibi komandanın hücumçusu Ronaldunun start heyətində yer almaması və yalnız 85-ci dəqiqədə meydana çıxması olub.
Matçın nəticəsində gəlincə, “qırmızı şeytanlar” bu dəfə nəhayət ki “şeytanın qıçını sındırmağı” bacarıb və Premyer Liqada ilk xallarını qələbə ilə qazana biliblər – 2:1.