Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrel arasında telefon danışığı olub.
Bu barədə Borrel “Twitter”də yazıb.
“Mən Ukrayna taxılının ixracına dair BMT sazişinin təmin edilməsində və Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinin yumşaldılmasında Türkiyənin rolunu vurğuladım. Avropa İttifaqnın sanksiyalarının təsirini müzakirə etdim və ümidvaram ki, Türkiyə mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcək”, – Borrel yazıb.
Talked w/ @MelvutCavusoglu.
I underlined Turkish role to secure UN deal on export of Ukrainian grain and mitigate impact of Russian aggression against Ukraine. Discussed impact of EU sanctions and expressed hope that Turkey can use its influence over Russia to stop senseless war— Josep Borrell Fontelles (@JosepBorrellF) August 22, 2022