Lənkəranda hündürlükdən yıxılan şəxs vəfat edib

Lənkəranda hündürlükdən yıxılan şəxs vəfat edib

Lənkəran bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə dəniz kənarında qeydə alınıb.

1985-ci il təvəllüdlü Lənkəran şəhər sakini Müşfiq Həmdulla oğlu Dadaşov dəniz kənarında gəzərkən hündürlükdən yıxılıb və başı sahilbərkitmədə istifadə olunan betona çırpılıb.

Ətrafdakı insanların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanadına çatdırılsa da, M.Dadaşovda həyat əlaməti müşahidə olunmayıb.

Meyid müayinə olunması üçün aidiyyati üzrə təhvil verilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır.

Share: