Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb.
Müstəqil.Az Teleqraf.com -a istinadən xəbər verir ki, körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub.
Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanadan bildirilib ki, körpə müayinə və müalicə olunmaq üçün doğum şöbəsinə yerləşdirilib.
Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlahan isə Report-a bildirib ki, Bərdə rayonunda yol kənarında tapılan körpə ölüb.
Körpə yeddi aylıq doğulub: “Aparılan müayinələrdən sonra körpənin artıq öldüyü məlum olub”.
Faktla bağlı araşdırmalara başlanılıb.