Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün ABŞ-ın Sent-Luis şəhərində “Grand Chess Tour”un dördüncü mərhələsində mübarizəyə başlayacaq.
37 yaşlı qrosmeyster şəhərin eyniadlı turnirinin birinci turunda Fransanı təmsil edən İran əsilli şahmatçı Alireza Firuzca ilə, ikinci turda ABŞ-ı təmsil edən Levon Aronyanla, üçüncü turda isə fransalı Maksim Vaşye-Laqravla görüşəcək.
10 oyunçunun qatıldığı turnirdə şahmatçılar avqustun 28-dək rapid, növbəti iki gündə isə blits növündə çıxış edəcəklər.
Qeyd edək ki, 175 000 ABŞ dolları mükafat fonduna malik “Grand Chess Tour”un dördüncü mərhələsi avqustun 30-da başa çatacaq.