Səkkiz aylıq Fərhad ağır xəstəlikdən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun atası Jidraş Vadim məlumat verib.
O qeyd edib ki, övladı nadir xəstəlik olan “Mukoviszidoz”dan əziyyət çəkir (ekzokrin vəzilərin, eləcə də həyati vacib orqan və sistemlərin: tənəffüs yollarının, mədə-bağırsaq traktının, mədəaltı vəzinin, qaraciyərin, tüpürcək və tər vəzilərinin, reproduktiv sistemin zədələnməsi ilə xarakterizə olunan multisistemik, irsi, həyat üçün təhlükəli xəstəlikdir). Bu diaqnoz ona üç aylıq olarkən qoyulub.
Azyaşlının atası bildirir ki, müalicə Almaniyanın Berlin şəhərində aparılmalıdır. Bu vaxta qədər isə Türkiyə və Rusiyada satılan dərmanlarla həyatda qala bilər. Fərhadın xəstəliyi müalicə aparılmazsa, kiçik yaşlarında 60 faiz ölümlə nəticələnir. Lakin əməliyyat edilərsə, 50 yaşa qədər həyatda qala bilər.
Ailənin isə maddi olaraq bu xəstəliyi müalicə etməyə imkanı çatmır. Fərhad üçün istifadə edilən dərmanlar xaricdən sifariş olunur və qutusu təxminən 300 manata başa gəlir. Hər ay isə Fərhadın dərmanlarına ümumilikdə 2000 manat lazım olur.
Əməliyyatın qiyməti isə 300 min dollardır.
İmkanlı şəxslərdən cəmi səkkiz aylıq ikən amansız xəstəliklə mübarizə aparan Fərhada yardım etmələrini xahiş edirik.
Ailə ilə əlaqə nömrəsi: +994 55 337 73 29
Dəstək üçün “Kapital Bank” kart nömrəsi: 4169738875716155