İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün Türkiyə ilə əldə olunan razılaşma çərçivəsində bu iki ölkənin lazımi addımları atıb-atmadığını izləmək üçün qurulan Daimi Müştərək Mexanizm bu gün Finlandiyada ilk iclasını keçirəcək.
Toplantıda Türkiyə nümayəndə heyətinə prezidentin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edəcək.
İclasda Türkiyənin tələbləri, xüsusilə də terrorçuların ekstradisiya edilməsi və terror təşkilatının fəaliyyətinə icazə verilməməsi gündəmə gətiriləcək və tələblərin yerinə yetirilməməsi halında NATO-ya üzvlük məsələsi bir daha vurğulanacaq.
Mənbə: Haber Global