Ukrayna Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) baş verə biləcək qəza halında kifayət qədər zəruri dərmanlar alıb.
Bu barədə Ukrayna səhiyyə naziri Viktor Lyaşko telemarafonda bəyanat verib.
O, xüsusilə bildirib ki, hazırda kalium yodid almağa ehtiyac yoxdur.
“Radiasiya yodunun mənfi təsir göstərməməsi və qalxanabənzər vəzimizi qorumaq üçün dövlət kifayət qədər dərmanlar alıb. Bu dərmanlar lazım gəldikdə paylanacaq”, – deyə nazir qeyd edib.
Onun sözlərinə görə, potensial təsir zonasında olan bütün xəstəxanalar bu dərmanla təmin olunub. Üstəlik, bu dərmanların tərkibindəki təsiredici maddələr lazımi nisbətdədir.
Eyni zamanda Enerqodar sakinlərinə hazırda şəhərdə radiasiya ilə bağlı vəziyyətin normal olduğu bildirilib və onlara yod içməmələri tövsiyə olunub.
Mənbə: RCB-Ukrayna