“Qalatasaray”dan İspaniyanın “Sevilya” komandasına keçən Markao (Markos do Nasimento Teyşeyra) zədələnib.
Markaonun sol ayağının arxa hissəsində mikrocırıq aşkarlanıb. Onun 3 həftə meydandan uzaq qalacağı bildirilib.
Bu barədə “Sevilya” klubundan açıqlama verilib.
İspaniya klubuna gəldikdən sonra zədə problemi yaşayan Markao hələ də liqada oynamayıb. O, ötən həftə komanda ilə məşqlərə başlayıb.
Braziliyalı müdafiəçi zədə səbəbindən məşqi tərk edib.
“Burada başlanğıc planlaşdırdığım kimi getmir, amma özümü toplayacam. Bu klub üçün hər şeyimi vermək yolunda fədakarlığım və səylərim əskik olmayacaq. Əsla vazgeçməyəcəm”, – deyə Markao sosial media hesabında qeyd edib.
Mənbə: Haber Global